Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur. pizza sifarişi
"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək”, - deyə Dövlət Komitəsinin sözçüsü bildirib.
Telegram kanalımız