Maskanın dövranı bitir?   - İnfeksionist: “Artıq kollektiv immunitet formalaşıb“

saytların hazırlanması

Evə çatdırılma

Maskanın dövranı bitir? - İnfeksionist: “Artıq kollektiv immunitet formalaşıb“

Sosial

24 Mart 2022 19:24 663


“Qapalı məkanda maska taxma qadağası ləğv edilə bilər".

Bunu Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev bildirib.

Qeyd edək ki, bir neçə gündür ki, qapalı məkanlarda maska qadağasının ləğv olunacağı ilə bağlı şayiələr dolaşır. Artıq bəzi dövlətlərdə də bu məhdudiyyət aradan qaldırılıb. pizza mizza

"Artıq  kollektiv immunitet formalaşıb. Bundan öncə karantinə görə yoluxma azalırdısa, indi heç bir karantin olmadan, əksinə, karantinin yumuşaldılması fonunda azalma müşahidə olunur", - deyə M. Əliyev vurğulayıb.

O əlavə edib:

"Deməli, yoluxma sayında təbii azalma gedir. Əhalinin 80-85%-i virusla təmasda olub və immunitet qazanıb. Yaz və qarşıdakı yay aylarında maskadan istifadə və peyvənd sertifikatı tələbi  mənasını itirir. 

Digər Avropa ölkələrində də yanvar ayından etibarən müəyyən yumuşalmalar olub. Mart ayından etibarən maskaların və sertifikatların istifadəsi də ləğv edilib. Hətta Türkiyədə də maska istifadəsi aradan qaldırılır. 

Yəqin ki, restoranlarda, böyük ticarət mərkəzlərində, şadlıq saraylarında maskadan istifadə olunmayacaq. Çünki bu yerlərdə sosial məsafə saxlamaq qeyri-mümkündür.

Yalnız avtobuslarda  insanlar çox yaxın təmasda olurlar və nəfəs-nəfəsə qalırlar. Ona görə də, nəqliyyatda maska istifadəsi tələbi qala bilər. Peyvənd sertifikatlarının da aradan qaldırılmasının vaxtı gəlib-çatıb”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!