Medvedev: “İlon Mask rus casusudur“

saytların hazırlanması

Evə çatdırılma

Medvedev: “İlon Mask rus casusudur“

Dünya

04 Oktyabr 2022 11:09 963


"İlon Mask Rusiyanın gizli casusudur".

Yenisabah.az "Russia Today"a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, amerikalı maqnat və "Tesla"nın qurucusu indi örtüyünü cırıb əsl kimliyini ortaya qoyan rus məxfi casusudur. pizza

Medvedevin bu istehzalı bəyanatı Ukrayna prezidenti Vladimir Zelenskinin "Twitter-də keçirdiyi sorğuya və İlon Maskın sülh planına reaksiyasından sonra verilib.

Xatırladaq ki, “Tesla” və “SpaceX”in yaradıcısı Rusiyadakı qismən səfərbərlikdən sonra sosial şəbəkə hesabında yazıb:

"Rusiya qismən səfərbərlik elan edib. Əgər Krım üçün təhlükə yaranarsa, tam səfərbərlik elan edəcəklər. Bu, hər iki tərəf üçün dağıdıcı olacaq. Rusiyanın əhalisi Ukraynanın əhalisindən üç dəfə çoxdur, ona görə də Ukraynanın total müharibədə qələbəsi çətindir. Əgər Ukrayna xalqı üçün narahatsınızsa, təcili olaraq sülh yolu tutun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!