Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ

Sosial

09 Fevral 2022 15:04 1041


Bir neçə gündür xəbər saytlarında fevralın 8-i AMEA-nın Rəyasət Heyətinin iclasının keçiriləcəyi və qurumun prezidenti Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumatlar yazılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna AMEA-nın İnformasiya şöbəsindən verilən açıqlamada deyilib ki, yayılan bütün xəbərlər dezinformasiyadır:

“Fevralın 8-i Rəyasət Heyətinin iclasının keçirilməsi ilə bağlı qərar olmayıb. Belə bir toplantı olmayacaq. Saytlar özləri bu cür məlumatlar yazırlar. Bizim tərəfimizdən rəsmi olaraq iclas keçiriləcəyi və ya təxirə salınması barədə informasiya verilməyib. Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumat da dezinformasiyadır. Belə bir şey yoxdur”, - açıqlamada bildirilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!