Mehin Hümbətova bayağı musiqi ifaçıları barədə danışıb.
"Yeni Sabah" xəbər verir ki, o, paylaşdığı videoda dinləyicilərinə təşəkkür edib və keyfiyyətli musiqinin kifayət qədər dəyər görmədiyini bildirib.
Müğənninin sözlərinə görə, peşəkar musiqiçilər dinləyici sayı və qazanc baxımından bayağı musiqi ifaçılarına uduzurlar: Marqarita pizza
"Təəssüf ki, bayağı musiqi daha çox dinləyici toplayır və daha çox gəlir gətirir. Bu isə peşəkar musiqiçiləri həvəsdən salır".
Müğənni bəzi imkanlı ailələrin məclislərinə bayağı musiqi ifaçılarını dəvət etməsini də tənqid edib:
“Bunu sadəcə əylənmək üçün etdiklərini deyənlər əslində öz zövqlərini ortaya qoyurlar. İnsan özünə, öz evinə, öz məclisinə, ailəsinə və qonaqlarına hansı musiqini layiq bilirsə, əslində onun zövqü də elə odur. Özünü müasir göstərmək, bahalı brend geyimlər geyinmək, bahalı marka çantalar daşımaq insanın zövqünü dəyişmir. Təəssüf ki, bu gün pul da əsasən həmin insanların əlindədir. Elə buna görə də musiqimizin vəziyyəti bu gündədir".
Əsmətxanım Rzazadə
Telegram kanalımız