Mehriban Xanlarova “sürgün”dən qurtulmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova “sürgün”dən qurtulmaq istəyir

Şou

23 İyun 2026 10:48 259


Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yenidən Prezident İlham Əliyevdən kömək istəyib.

“Yeni Sabah” xəbər verir ki, aktrisa paylaşımında illər əvvəl Akademik Milli Dram Teatrının səhnəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Saranın həyatını canlandırdığını xatırladaraq, oxşar taleyi yaşadığını bildirib.

M.Xanlarova qeyd edib ki, Prezidentin çağırışlarına sadiq qalaraq məmur özbaşınalığını ictimailəşdirdiyi üçün sənətindən və doğma teatrından uzaqlaşdırılıb. O bu vəziyyəti “sürgün” adlandırıb. Dominos pizza

Əməkdar artist paylaşımının sonunda onu bu durumdan yalnız Prezidentin “dəmir yumruğu”nun xilas edə biləcəyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!