Məktəbin adındakı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Məktəbin adındakı səhvlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA 

Sosial

15 İyun 2022 12:48 1307


Xəbər verildiyi kimi ötən gün Təhsil naziri Emin Əmrullayevin "Son zəng" tədbirində iştirakı zamanı lentə alınmış foto kəskin tənqid olunub. Görüntülərdə Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli məktəbin adının binanın divarına yanlış yazıldığı əks olunub. 

 Sosial şəbəkə istifadəçiləri tədris ocağında belə bir səhvin yolverilməz olduğunu bildiriblər. 

 Maraqlıdır, sözügedən yalnışlığın düzəldilməsi üçün aidiyyəti qurumlar tərəfindən addım atılıbmı?    Sezar pizza

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında təmir-tikinti idarəsinin Təhsil Nazirliyinin tabeliyində olduğunu bildirib. 

 Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə daşın üzərində hərflərin yanaşı göründüyünü əsas gətirib: 

 “Bu montaj zamanı olub. Texniki olaraq bunu düzəltmək üçün böyük kampaniyaya ehtiyac yoxdu”, deyə qurum rəsmisi əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!