Mərhum Tünzalə Əliyevanın əri Röyal onunla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, Əməkdar artist ilə 9 il evli olduqlarını xatırladıb və onun yoxluğuna hələ də alışa bilmədiyini bildirib:
“9 il həyatı bölüşmək çox qısadır, amma bölüşmədiyimiz illərin sayı artıq 4-ə çatır və görünür ki, 9 ili keçəcək. ‘Birinin həyat yoldaşı dünyadan köçən zaman dərhal "ailə qur" və ya "‘tək yaşayırsan, kefdəsən" kimi düşüncələr var. Hər kəsin düşüncəsinə hörmət edirəm. Bəli, əgər insanlar istəkli şəkildə ayrılarsa, başqa. Yoldaşının dünyadan köçməsi onu daha "ailəli deyil" statusundan azad etmir ki”. Pepperoni pizza
O, Tünzalə ilə vidalaşmalarından da söz açıb:
“Bir-birimizlə sarılıb vidalaşdıq. Bəlkə də heç kimə nəsib olmur belə şeylər, amma Allahım bizə nəsib etdi bunu, şükür olsun. O mənə bu dünyada, mən ona o dünyada uğur dilədik. “Tezliklə görüşəcəyik” dedim, “Zəhramı böyüt, sonra gəl”, - dedi. Bəzən həddindən çox darıxıram Tünüş üçün və bu gün o günlərdən biridir. İnşallah, tez zamanda görüşəcəyik”.
Aydan Hacı
Telegram kanalımız