Qara dənizdə yük gəmisinə PUA hücumu oldu

saytların hazırlanması

Evə çatdırılma

Qara dənizdə yük gəmisinə PUA hücumu oldu

Dünya

14 Noyabr 2026 19:13 44


Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb.

Onun məlumatına görə, hadisə noyabrın 14-nə keçən gecə Transilvaniyada, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafəsində baş verib. Zərbə nəticəsində quru yük gəmisinin yük kranı zədələnib. Yanğın baş verməyib, xəsarət alan yoxdur. Bakıda online alış-veriş

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hakimiyyət orqanlarının hadisədən xəbərdar olduğunu təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, yoxlamaların davam etməsi ilə əlaqədar olaraq təfərrüatlar hələ ki açıqlanmır./Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!