"Facebook"un "Müştəriyəm, şikayətim var" qrupunda Mərkəzi Klinika və həmin tibb müəssisəsinin kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla bağlı şikayət paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, şikayətçi infarkt keçirən anasını təcili olaraq Mərkəzi Klinikaya yerləşdirdiyini və stent əməliyyatından sonra böyük məbləğdə əlavə ödəniş tələbi ilə qarşılaşdığını bildirib.
Vətəndaşın sözlərinə görə, əvvəlcə ondan 2500 manat tələb olunub, etirazdan sonra məbləğ öncə 1900, daha sonra 1600 manata endirilib: Dördpendirli pizza
"Pul ödəməkdən imtina etmədim. Sadəcə soruşdum ki, bu 1600 manat hansı tibbi xidmətin qarşılığıdır və əgər icbari tibbi sığorta bunu qarşılamırsa, mənə rəsmi, yazılı şəkildə göstərin".
Şikayətçi iddia edir ki, yazılı izahat əvəzinə həkim Firdovsi İbrahimov ona qarşı təhqiramiz ifadələr işlədib:
"Şöbə müdiri tərəfindən mənə "sən bazar adamısan", "alçaqsan", "şərəfsizsən" kimi ifadələr işlədildi. Ən ağırı isə ağır əməliyyat keçirmiş anamın yanında "oğlun pulu ödəmir", "oğlun məni istəmir" məzmunlu danışıqların aparılması oldu".
Məsələnin artıq 1600 manat deyil, insan ləyaqəti, şəffaflıq və xəstə hüquqları olduğunu vurğulayan vətəndaş hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciət etdiyini və obyektiv araşdırma aparılmasını tələb etdiyini bildirib.
Nazim Hacıyev
Telegram kanalımız