“Meşə qərarını dəstəkləyən deputatlar indi nə düşünür?”

“Meşə qərarını dəstəkləyən deputatlar indi nə düşünür?”

Rəsmi Veb saytların hazırlanması

08 Fevral 2019 01:30 960


“Dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə dair rəğbətlə qarşılanan son qərarlarından sonra Nazirlər Kabinetinin anlaşılmaz addım atması haqlı ictimai tənqidə səbəb oldu. Kənd həyatına bələd olanlar bilirlər ki, oradakı əhalinin maddi təminatında meşədən yığdıqları giləmeyvələrin rolu böyükdür. İnsanların təbii şəraitdə yetişən, bir çox hallarda çürüyüb gedən o giləmeyvələri yığmaları kimə mane ola bilərdi ki, o cür süni gərginlik yaradıldı?”.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Abbas  Məhərrəmov deyib. Onun sözlərinə görə, Milli Məclisdə vətəndaşların, seçicilərinin hüquqlarını müdafiə etməli olan bəzi millət vəkilləri hökumətin qərarını dəstəkləməyə başladılar. “Ancaq prezident İlham Əliyev cəmi bir gün sonra o qərarı ləğv etməklə, əhalinin narahatlığına yüksək həssaslıqla yanaşdığını nümayiş etdirdi. İndi maraqlıdır, o deputatlar prezidentin bu addımından sonra nə düşünürlər? 

Ümumiyyətlə, bu, prezidentin bəzi dövlət qurumlarının əhalinin maraqlarına uyğun olmayan, vətəndaşlarda narazılıq yaradan qərarlarını ləğv etməsinə dair ilk hal deyil. Çox təəssüf ki, bir sıra qurumlar və məmurlar dövlət başçısının müvafiq göstərişlərini, xəbərdarlıqlarını “unudurlar”. 

Təsəvvür edin, ötən gecə Şamaxıda zəlzələ oldu. Təbii fəlakətdən sonra jurnalistlərə açıqlama verən Şamaxının deputatı hələ rayona getmədiyini, bu barədə düşündüyünü deyir. Bu, necə yanaşmadır? Nə baş verməlidir ki, o deputat vaxtında öz seçicilərinin yanında olsun? 

Budur, prezident İlham Əliyev daha bir nümunə göstərərək, Şamaxıya gedib, zəlzələdən zərər çəkən insanlarla səmimi şəraitdə görüşüb, insanlara dəstək olub. Prezident bundan bir neçə gün əvvəl şəhid ailələri ilə də çox səmimi bir görüş keçirmişdi. Belə təmaslar və münasibət əhalidə müsbət reaksiya doğurur. Anlamaq olmur, deputatlara da mütləq kimsə deməlidir ki, zəlzələ baş verən rayona getmək lazımdır?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!