Məşhur fransız dadına qadağa - İstehsalı və satışı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur fransız dadına qadağa - İstehsalı və satışı dayandırıldı

Dünya

28 İyul 2026 21:32 88


Dünyanın məşhur delikateslərindən biri olan foie gras Braziliyada qadağan edilib.

“Yeni Sabah” xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın imzaladığı yeni qanunla ördək və qaz qaraciyərindən hazırlanan foie grasın istehsalı, satışı, idxalı və ixracı ölkə üzrə dayandırılıb. Foie gras əsasən Fransa mətbəxinə aid lüks qida məhsulu hesab olunur. Bu yemək ördək və ya qazların xüsusi üsulla kökəldilmiş qaraciyərindən hazırlanır.

Məhsulun hazırlanması zamanı heyvanlara müəyyən müddət ərzində xüsusi boru vasitəsilə məcburi yem verilir ki, qaraciyərləri normal ölçüdən daha böyük olsun. Bu üsul isə uzun illərdir heyvan hüquqları müdafiəçilərinin etirazına səbəb olur. Onlar məcburi bəslənmənin heyvanlara əziyyət verdiyini və etik olmadığını bildirirlər. Marqarita pizza

Yeni qanunla Braziliya Latın Amerikasında foie grasın həm istehsalını, həm də satışını tamamilə qadağan edən ilk ölkə olub. Qərarın qəbul edilməsində heyvan hüquqları təşkilatlarının apardığı kampaniya da rol oynayıb. Təxminən 6 il davam edən kampaniya çərçivəsində 310 mindən çox imza toplanıb.

Qanun layihəsi Braziliya Konqresində yekdilliklə qəbul edildikdən sonra Prezident Lula da Silvanın imzası ilə qüvvəyə minib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!