Məşhur futbolçu cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu cəzalandırıldı

İdman

09 Oktyabr 2026 11:28 74


İsveçrə milli komandasının kapitanı Qranit Caka (Granit Xhaka) pandemiya dövründə saxta COVID-19 peyvənd sertifikatı əldə etdiyi üçün məhkəmə tərəfindən rəsmən cəzalandırılıb.

“Yeni Sabah” xəbər verir ki, məhkəmənin çıxardığı qərara əsasən, təcrübəli yarımmüdafiəçi 150 min İsveçrə frankı (təxminən 136 min funt-sterlinq / 180 min dollar) məbləğində şərti pul cəriməsinə məhkum edilib və ona 2 il sınaq müddəti təyin olunub. Müəyyən edilən maliyyə sanksiyası yalnız futbolçu sınaq müddəti ərzində yeni bir cinayət törədəcəyi təqdirdə icraya yönəldiləcək.

Qərarın ardından sosial şəbəkə hesabında açıqlama verən Caka çıxarılan hökmü qəbul etdiyini, keçmişdə atdığı bu addımın səhv olduğunu etiraf etdiyini və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!