Məşhur həkim: “İki həftə sonra yoluxma sayı zirvədə olacaq“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur həkim: “İki həftə sonra yoluxma sayı zirvədə olacaq“ - Video

Sosial

06 Avqust 2021 11:27 1139


Azərbaycanda yoluxma sayında 2 həftə sonra zirvə yaşana bilər.

Yenisabah.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, son dalğada yoluxma sayındakı artış üç həftədən bir az artıq davam edir:

“İndiki tendensiya əvvəlki kimi deyil, peyvənd olunanların sayı daha çoxdur. Peyvəndlə əlaqədar siyasət nisbətən sərtləşdirilir. Bunun yoluxma statistikasına ciddi təsiri olacağını və zirvəni bəlkə də yaxın vaxtlarda görə biləcəyimizi söyləmək olar. Bunu tam əminliklə deməyimiz üçün yoluxanların neçə faizində “Delta ştammı” olmasını bilmək yaxşı olardı. Ümumiyyətlə isə ölkədə yoluxma sayında dəhşətli zirvə gözlənilmir. Böyük ehtimalla səhiyyə sitemi onun öhdəsindən gələcək”. pizza mizza

Vasif İsmayıl onu da qeyd edib ki, açıq havada maska taxılması ilə bağlı qadağa yenidən qayıda bilər:

“Müəyyən iş yerləri, yəni böyük ticarət mərkəzləri, mollar yenidən bağlana bilər, toy məclislərinin keçirilməsi qadağan oluna bilər. Epidemioloji vəziyyət hazırda düşündüyümüz kimi davam etsə, maksimum açıq havada maska taxmaqla bağlı qadağa yenidən gətirilə bilər. Hesab edirəm ki, çimərlik mövsümü bitdiyi üçün ciddi problem olmayacaq. Toy mövsümü isə məhərrəmliklə əlaqədar 50 günlük bitəcək. Toylar başlayana qədər isə biz IV dalğanı bitirməyə çalışmalıyıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!