Mətbəxdəki bu cihazdan xəbəriniz var?- Bağlı halda belə qaz buraxır

saytların hazırlanması

Evə çatdırılma

Mətbəxdəki bu cihazdan xəbəriniz var?- Bağlı halda belə qaz buraxır

Maraqlı

06 Oktyabr 2026 15:24 93


Mətbəxdə hər gün istifadə etdiyimiz qaz sobası düşündüyümüzdən daha təhlükəli ola bilər. Hətta onu söndürdükdən sonra belə evə gözlə görünməyən qazların yayıldığı məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Stanford Universitetinin alimləri tərəfindən aparılan araşdırmada demək olar, bütün evlərdə istifadə olunan qaz sobalarının bağlı vəziyyətdə belə  metan qazı yaydığı müəyyən edilib. Tədqiqat zamanı evlərə xüsusi ölçü cihazları yerləşdirilib. Nəticədə ümumi qaz sızmasının 75 faizdən çoxunun sobadan istifadə edilmədiyi vaxt baş verdiyi üzə çıxıb.

Araşdırmaya görə, sobadan yayılan qoxusuz qazlar və yemək bişirilərkən yaranan azot dioksidi evin havasını qısa müddətdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəsiz həddən yuxarı qaldıra bilər. Alimlər bildirirlər ki, evdə siqaret çəkilməsə belə, bu cür qazların yayılması uşaqların ağciyərlərinin inkişafına mənfi təsir göstərir. Araşdırmada qaz sobalarından yayılan çirkləndiricilərin uşaqlıq dövründə yaranan astma hallarının təxminən 12 faizində rol oynaya biləcəyi qeyd olunur. Toyuqlu pizza

Nə etmək lazımdır?

Mütəxəssislər belə risklərdən tamamilə uzaq qalmaq üçün elektrik və ya induksiya ilə işləyən sobalardan istifadə etməyi məsləhət görürlər. Qaz sobasını dəyişmək imkanı olmayanlara isə yemək bişirərkən sorucu qurğunu işə salmaq və pəncərəni açmaq tövsiyə olunur.

Bundan başqa, soba işləmədiyi vaxtlarda da mətbəxin mütəmadi olaraq havalandırılması, mümkün olduqda qarşı-qarşıya yerləşən pəncərələrdən istifadə etməklə otağın havasının dəyişdirilməsi məsləhət görülür.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!