Mətbuat katibi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Mətbuat katibi istefa verdi

Sosial

03 Fevral 2022 19:53 1271


Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər vəzifəsindən ayrılıb.

Yenisabah.az xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib.

"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm. pizza mizza

Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!