Metroda maska taxmayanlar 70 500 manat cərimə ödəyəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Metroda maska taxmayanlar 70 500 manat cərimə ödəyəcəklər

Sosial

02 Noyabr 2021 16:51 1492


Ötən həftə Bakıda metro stansiyalarında tibbi maskadan istifadə etməyən 705 sərnişin barəsində tədbir görülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Şöbə rəisi bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib: pizza mizza

"Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Stansiyalarda, platformalarda və vaqonlarda ötən bir həftədə 705 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdirilir".

Xatırladaq ki, karantin rejiminin tələblərinə görə metroda maskadan istifadə məcburidir. Bu qaydanı pozan şəxslər fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 

Bu baxımdan 705 nəfərin cərimələnməsi 70 500 manat məbləğində vəsait deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!