“Bakı Metropoliteni”nin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Sezar pizza
Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.
Aydan Hacı
Telegram kanalımız