Meyiti neçə gün “morq“da saxlamaq olar?   - İlahiyyatçıdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Meyiti neçə gün “morq“da saxlamaq olar? - İlahiyyatçıdan açıqlama

Sosial

14 Mart 2022 17:54 952


“Dəfn mərasimi qaydaları haqqında xüsusi bir əmr yoxdur”.

Bu sözləri ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov Yenisabah.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölən şəxslə bağlı dində yalnız tövsiyələr var: pizza sifarişi

“Dəfn mərasimi qaydaları haqqında xüsusi bir əmr yox, dinin tövsiyələri var. Rəsullah deyir ki, iki vacib məqam var ki, onları gecikdirmək olmaz. Onlardan biri borc, ikincisi isə meyitin dəfn olunmasıdır. İnsan ruhunu tapşırdıqdan sonra onun torpağa verilməsini geikdirməyin deyə, dində tövsiyə var”.

Fəlsəfə doktorunun fikrincə, artıq bu tövsiyələr adət halına çevrilib:

“Tövsiyə olduğuna görə, xalqların adət-ənənəsinə çevrilib. Azərbaycanda mərhumun torpağa tapşırılmasına riayət edilir. Bunun dini cəhəti budur ki, əgər şəxs xeyr əməl sahibidirsə, bir an əvvəl o öz əməllərinə qovuşsun. Çünki axirət mükafat yeridir. Azərbaycan xalqı buna əməl edir. Vəfat edən şəxsi çox da gecikdirmirlər. Ən çox yarım gün saxlanılır”.

Ə.Niyazov qeyd edib ki, nəşin meyitxanada saxlanmasında heç bir günah yoxdur:

“Lakin elə hallar var ki, onun gözləyəni olur. Qohumu uzaqdan gələcəksə, görməsi arzu ediləndirsə, onun "morq"da saxlanılmasının günahı yoxdur. O qayda-qanunlara uyğun şəkildədirsə, günahı yoxdur. Saxlanmasına icaz verilir. Nəşi hər hansı zərər görməyəcəyi şəkildə saxlanmasının heç bir qüsuru yoxdur.

Mərhumun tez dəfn olunması savabdır. Çünki bu dinin Peyğəmbəri nəşin bir an əvvəl torpğa verilməsini nəsihət edib”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!