Meymunçiçəyi qorxusu:   Virusun Azərbaycana keçmə ehtimalı nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyi qorxusu: Virusun Azərbaycana keçmə ehtimalı nə qədərdir?

Sosial

27 May 2022 10:37 2149


Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir təhlükəli virus – meymunçiçəyi ortaya çıxıb. Dünyanın 14 ölkəsində meymunçiçəyinə yoluxma qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı (DST) həyəcan təbili çalır. Yay aylarında virusun daha sürətlə yayılacağı ilə bağlı proqnozlar var. Yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu da qeyd deyilir.

Bununla yanaşı sosial şəbəkələrdə Azərbaycanda meymunçiçəyinə yoluxma halının gizlədildiyi ilə bağlı məlumatlar var. Virusun turistlərdən yayıldığı bildirilib.

Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, virusun Azərbaycana keçmə ehtimalı çox azdır: pizza mizza

“Çünki bu xəstəlik koronavirus kimi sürətli yayılmır. Koronavirusda insan hər hansı bir simptom olmadan daşıyıcı olur. Meymunçiçəyi xəstəliyində belə bir hal yoxdur. Bu, yoluxdurma ehtimalını azaldır. Yəni meymunçiçəyinə yoluxanın xəstə olduğu aydın görünür. Buna görə də, təcrid olunur”.

İnfeksionistin sözlərinə görə, ölkəyə gələn turist mütləq şəkildə müayinə olunmalıdır:

“Afrika ölkələrinə gediş-gəliş azdır. Yoluxma yaxın əlaqədə mümkündür. Azərbaycanda yayılma ehtimalı çox deyil. Buna mütləq nəzarət olunmalıdır. Turistlər müayinə edilib, test verməlidir”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!