"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparan Barezi 66 yaşında dünyasını dəyişib.
F.Barezi karyerası ərzində yalnız "Milan"da çıxış edib. O, 1977-1997-ci illərdə oynadığı "Milan"da 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (indiki UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb,. Barezi 15 il "Milan"ın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma əbədiləşdirilib. Toyuqlu pizza
İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub.
Telegram kanalımız