Milli Qəhrəmanın ailəsi yeni evlə təmin olundu

Milli Qəhrəmanın ailəsi yeni evlə təmin olundu

Rəsmi Veb saytların hazırlanması

08 Fevral 2019 02:26 822


Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.

Fərdi yaşayış evi prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni evin açarları fevralın 7-də Qurbanovlar ailəsinə təqdim olunub.

Bu münasibətlə keçirilən mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, prezidentin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Bildirilib ki, fərdi yaşayış evinin tikilməsi üçün Qusar şəhərinin Şəmsəddin Piroğlanov küçəsində 10 sot həyətyanı torpaq sahəsi ayrılıb. Yeni tikilən birmərtəbəli, dördotaqlı evin ümumi sahəsi 230 kvadratmetrdir. Ev müasir istilik sistemi ilə təmin olunub. Həyətyanı torpaq sahəsinin 6 sotunda meyvə bağı salınıb.

Milli Qəhrəmanın atası Salman Qurbanov ailəsi adından onlara hər cür dəstək göstərən ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyən S.Qurbanov bildirib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. 

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!