Milli valyuta rekord səviyyədə ucuzlaşdı - Gürcüstanda
24 Mart 2020 18:03
250

Milli valyuta rekord səviyyədə ucuzlaşdı - Gürcüstanda

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə yüksəlib.

Yenisabah.az xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, martın 25-də 1 ABŞ dolları 3,4494 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3,2389 lari təşkil edib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,7436 lari səviyyəsində müəyyənləşib. Bu gün isə 1 avro 3,4578 lariyə satılıb.  /APA

Oxşar xəbərlər