Millimizin yeni baş məşqçisi Azərbaycan dilində danışdı  – Video
30 İyl 2020 23:15
661

Millimizin yeni baş məşqçisi Azərbaycan dilində danışdı – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, bu gün Byazi ilə müqavilə imzalanıb.

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Millimizin italiyalı yeni baş məşqçisi Azərbaycan dilində azarkeşlərə müraciət edib: "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".

Canni De Byazinin bu müraciəti sosial şəbəkədə maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər