Milyarder 27 illik evliliyinə son qoydu
04 May 2021 17:53
411

Milyarder 27 illik evliliyinə son qoydu

“Microsoft”un qurucusu Bill Qeyts sürpriz bir şəkildə həyat yoldaşı Melinda Qeytsdən boşanmaq qərarı alıb.

Yenisabah.az xəbər verir ki, prosesin icrası zamanı ona 97 yaşlı  dostu Çarli Manqer vəkillik edəcək.

Bildirək ki, Manqer eyni zamanda Qeytsin milyarder dostu Uorren Baffett tərəfindən idarə olunan “Berkshire Hathaway Holding”in prezidentinin köməkçisi olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, cütlük 27 illik evliliyi sonlandırsalar da, “Bill & Melinda Gates” Vəqfinin qurucuları olaraq vəqfi idarə etməyə davam edəcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər