Mingəçevirdə “Sədərək Yusif”lə bağlı etiraz aksiyası keçirildi - Fotolar

Mingəçevirdə “Sədərək Yusif”lə bağlı etiraz aksiyası keçirildi -
Sent 22, 2019
Oxunma sayı: 1245

Mingəçevir şəhərində Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsini “Sədərk Yusif”in “DEKA” şirkətinin apardığı tikinti işlərinə qarşı bu gün etiraz aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, aksiyada Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri, o cümlədən Çernobıl əlilləri iştirak edib. İştirakçılar Kürün şəhərin mərkəzindən keçən hissəsinin zəbt olunmasının dayandırlmasını tələb ediblər. Onlar tikintinin dayandırılması haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki qərarının olmasına baxmayaraq, iş adamının bu qərarlara əməl etmədiyini qeyd ediblər.

Onlar tikintinin aparılmasına icazə verməsi haqda qərarının qeyri – qanuni olduğunu qeyd edib və həmin qərarın da ləğv edilməsini tələb ediblər. 

Aksiya zamanı şirkət nümayəndələrindən heç kim iştirakçılarla görüşməyib, onların tələblərini dinləməyib. Onlar Kürün zəbti dayanana kimi aksiyanı davam etdirəcəyini qeyd ediblər.

Qeyd edək ki, nazirliyin tikintinin dayandırılması və həmçinin şirkətin cərimə olunmasına baxmayaraq hazırda Kür çayının içərisində tikinti işləri davam etdirilir. Fotolardan da göründüyü kimi, tikinti demək olar ki, çayın ortasına qədər uzanır. 

Yenisabah.az
Mingəçevirdə “Sədərək Yusif”lə bağlı etiraz aksiyası keçirildi -
Mingəçevirdə “Sədərək Yusif”lə bağlı etiraz aksiyası keçirildi -
Mingəçevirdə “Sədərək Yusif”lə bağlı etiraz aksiyası keçirildi -