MİQ nəticələri yeniləndi:   Minlərlə namizədin balı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

MİQ nəticələri yeniləndi: Minlərlə namizədin balı dəyişdi

Sosial

01 Avqust 2026 10:51 212


Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinin yenilənmiş nəticələri namizədlərin şəxsi kabinetlərinə yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 14-18 iyul tarixlərində keçirilən test imtahanları 35 imtahan mərkəzində təşkil olunub. İmtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi isə 96 faiz təşkil edib. pizza

Qeyd olunub ki, imtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən araşdırılıb. Araşdırma nəticəsində biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə isə rus bölməsində 1 test tapşırığında qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən edilib.

Agentlik bildirib ki, aşkar olunan uyğunsuzluqlar nəzərə alınaraq həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!