Mirşahinin dediyi qəzəl...

saytların hazırlanması

Evə çatdırılma

Mirşahinin dediyi qəzəl...

Sosial

12 Aprel 2022 15:54 3521


Azərbaycanda sözün dəyəri yox kimidir. Vacib olan o sözü deyənin kimliyidir. Əgər söz sahibi sevilən şəxsdirsə, dediyi sözə də böyük alqışlar səslənir. Vay o gündən ki, söz sahibi toplumun qıcıqla yanaşdığı adam olsun. Quran ayəsi də desə, xeyri yoxdur. Tənqidin, aşağılamanın, söyüşün biri bir qəpikdən olacaq. Üstündə də bonus olaraq səydəş bir “caps”...

Mirşahin Ağayev ölkəmizin ən istüdadlı jurnalistlərindəndir. Eyni zamanda həmişə hədəfdədir, sosial şəbəkələrdə təhqir edilir, özü haqda ya zəlzələdən, ya da vəlvələdən qıcıqyaradan bir imic formalaşdırıb. Bu bir REALlıqdır...

Ağayev bir neçə gün əvvəl çoxlarımızın düşündüyü fikirləri dilə gətirdi ki, Vətən Müharibəsindən 2 ilə yaxın vaxt keçib. Nə üçün ortalığa samballı bir əsər, şeir, roman qoyulmayıb?! pizza

Mirşahinə qədər bu ritorik sualı onlarla ictimai şəxs elə ictimai olaraq da səsləndirib. Və haqlı iraddır. Erməniləri bəyənmirik, düz də edirik. Amma onlar məğlub ola-ola müharibənin heç bir ili tamam olmamış bu mövzuda film çəkdilər axı. Nədənsə, bizdə bu kimi məsələlər yalnız layihə üçün, kampaniya məqsədi daşıyır. Layihə sonuna çatanda vətənpərvərlik də “unudulur”.

Məsələn, bir müddət əvvəl Lələtəpə döyüşü ilə bağlı sosial şəbəkədə qarşıma bir animasiya filmi çıxdı. Mənə maraqlı gəldiyi üçün izləmək istədim. İnanın ki, o 5-10 dəqiqəlik filmi axıra kimi izləməyə səbrim çatmadı. Ssenari bərbad, səsləndirmə sıfır, vizuallaşdırma primitiv. Kimsə bunu müasir uşaqlarımızın izləyəcəyini düşünürsə, yanılır. 

Və yaxud Hüseynbala Mirələmovun 44 günlük müharibə ilə bağlı şəhid Arəstə Baxışovaya ithaf etdiyi hekayəni oxudum. Məndə heç bir təsir buraxmadı. Elə bir ibtidai sinif şagirdinin inşasını oxudum. 

Samballı əsər oxumaq istəyənləri başa düşürəm. Amma Vallah da, billah da əgər primitiv şeylər yazılacaqsa, heç yazılmasa, daha yaxşıdır. Qoy Vətən Müharibəsi yaddaşlarımızda elə o videogörüntülərdə gördüyümüz kimi qalsın. Canlı və qürurverici. O təəssüratlara kölgə salmağa gərək yoxdur. O kitab yazılıb, o film çəkilib. Müəllifi Azərbaycan Ordusudur.

Mirşahin Ağayevə gəldikdə onun səsləndirdiyi fikirlər haqlı olsa da, ağır ifadələrdən istifadə etmişdi. Elə buna görədir ki, özünü hədəf taxtasına qoyub: Sağdan da döşəyirlər, soldan da. 

İndi təsəvvür edin ki, bu fikirləri başqa şəxs səsləndirib. Sizcə, belə bir aqressiya ola bilrdimi? Məncə, yox!

Amma necə olmalıydı? Əslində, insanlar Mirşahini deyil, onun fikrini müzakirə etməliydi. Hansı ki, Mirşahinin dilindən çıxmazdan əvvəl o fikirlə çoxumuz razıydıq...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!