Modern.az 15 yaşında!

saytların hazırlanması

Evə çatdırılma

Modern.az 15 yaşında!

Sosial

01 Sentyabr 2024 10:17 584


Bu gün Modern.az-ın fəaliyyətə başlamasının 15 ili tamam olur. 

Yenisabah.az xəbər evrir ki, Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur. Toyuqlu pizza

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az media quruluşu olaraq ötən 15 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib. 

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır. 

Yenisabah.az Modern.az saytının kollektivini 15 illik yubileyləri münasibətilə təbrik edir,  yeni-yeni uğurlar arzulayır! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!