Moldova hərbi əməliyyata hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

Moldova hərbi əməliyyata hazırlaşır?

Dünya

03 Mart 2023 17:30 715


Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebryan tanınmamış Dnestryanı Moldova Respublikasına qarşı gözlənilən hərbi əməliyyatla bağlı xəbərləri "yalan" adlandırıb.

Yenisabah.az "Vocea Basarabiei"yə istinadla xəbər verir ki, Serebrian qeyd edib:

“Moldova hakimiyyəti dəfələrlə Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həllinə sadiq olduqlarından danışıb. Bu, hökumətin qəti, prinsipial mövqeyidir. Dominos pizza

Məhz bu istiqamətdə səylərimiz cəmlənib, biz Dnestryanı administrasiyası ilə danışıqlar aparırıq, o da danışıqlar aparmaq arzusunu bəyan edir".

Moldova Müdafiə Nazirliyi də daha əvvəl Dnestryanıda hərbi əməliyyat hazırlığı ilə bağlı xəbərləri təkzib etmişdi: "Yayılan yalan məlumat Dnestr çayının hər iki sahilinin sakinləri arasında çaxnaşma və çaşqınlıq yaratmaq məqsədi daşıyır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!