Moldova teleradiosu keşişlərin efirə çıxmasını qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

Moldova teleradiosu keşişlərin efirə çıxmasını qadağa qoydu

Dünya

15 Oktyabr 2022 13:11 793


"Teleradio-Moldova" dövlət şirkəti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədklərinə görə Moldova Pravoslav Kilsəsinin ruhanilərinin efirə çıxmasını qadağan edib.

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Vlad Surkanu "Facebook"da yazıb.

O, açıqlamasını Kişinyov meri İvan Çebanın efirdə Kişinyov Şəhər Günü münasibətilə ənənəvi liturgiyanın olmaması ilə bağlı tənqidindən sonra verib. pizza hut

"İlk dəfədir ki, Moldova-1 milli telekanalı ölkənin əsas kafedral kilsəsində liturgiyanı yayımlamır. Həmkarlarım telekanala zəng edərək nə baş verdiyini soruşdular. Onlara deyiblər ki, qadağandır", - deyə Çeban izah edib.

Qeyd edək ki, ötən həftə bir sıra Moldova KİV-ləri Kişinyov və bütün Moldovanın mitropoliti Vladimiri Moskvaya səfərinə, oradakı dua mərasimində, eləcə də Müqəddəs Şuranın iclasında iştirak etdiyinə görə sərt şəkildə tənqid edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!