“Rusiya və Çin arasındakı münasibətlər soyuq müharibə dövründəki hərbi ittifaqlardan kənara çıxır”.
Yenisabah.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası ilə Çin və hər iki dövlətin silahlı qüvvələri arasındakı münasibətlər 70 ildən artıqdır ki, davam edir. Marqarita pizza
“Onlar günü-gündən güclənirlər. Bunda liderlərin diplomatiyası əsas rol oynayır. Siz bizim inkişafımız üçün strateji hədəflər qoymusunuz. Bunda sizin Çin Xalq Respublikasının sədri ilə şəxsi dostluğunuz böyük rol oynayır”, - deyə Li Şanfu söyləyib.
Rusiya prezidenti Vladimir Putin isə Li Şanfu ilə görüşü zamanı söyləyib ki, Moskva ilə Pekin arasında əməkdaşlıq çox yaxşı gedir, o cümlədən hərbi idarələr vasitəsilə. Rusiya rəhbəri prezident Si Zinpinin martda Rusiya paytaxtına səfərini çox səmərəli adlandırıb.
“Biz, əlbəttə ki, digər məsələlərlə yanaşı, ölkələrimizin hərbi idarələrinin əməkdaşlığına da toxunduq. Bütün istiqamətlərdə münasibətlərin çox yaxşı inkişafı var. İqtisadiyyatda, sosial, mədəni, təhsil sahəsində. Və təbii ki, hərbi idarələr cərgəsində”, - Rusiya prezidenti bildirib.
Telegram kanalımız