Müavinət və təqaüd artımı kimlərə şamil olunacaq?   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Müavinət və təqaüd artımı kimlərə şamil olunacaq? - Siyahı

Sosial

20 Dekabr 2021 11:00 9704


Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:

Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Toyuqlu pizza

Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;

Yaşa görə müavinət alanlar;

Ailə başçısını itirməyə görə müavinət alanlar;

Müddətli hərbi xidmətdə olanların uşaqları;

Uşaqların qəyyumları;

Beşdən çox uşağı olan qadınlar;

Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;

Övladlığa uşaq götürənlər;

İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;

“Xalq” və “Əməkdar” fəxri adı olanlar;

Doktorant və tələbələr.

Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:

Uşağın doğulmasına görə birdəfəlik müavinət;

Dəfn üçün birdəfəlik müavinət.

Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • R
    Gorekde neqeder artirilir gozleyek bizede gozlemek qalir
    4 years ago