Müctəba Xamenei vida mərasimində iştirak edib? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xamenei vida mərasimində iştirak edib? - VİDEO

Dünya

07 İyul 2026 10:32 117


Bazar ertəsi, iyulun 6-da bir sıra sosial şəbəkə hesablarında İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin Tehranda keçirilən vida mərasimində iştirakını iddia edən videolar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, onlardan biri arxa fondan çəkilib və qarşıda durmuş adamın kimliyi dəqiq bilinmir.

Digər görüntülərdə əks olunan şəxs çox uzaqda dayandığından kimliyini müəyən etmək çətindir. Sezar pizza

Bununla belə, bir çox istifadəçi Ayətullah Müctəba Xameneinin atasının vida nərasimində iştirak etdiyinə dair iddianı dəstəkləyib.

“Fars News” sosial medianı çalxalamış həmin görüntülərin Müctəba Xameneiyə aid olduğunu inkar edib. Videonun daha tam və yüksək keyfiyyətli versiyasının nəzərdən keçirilməsindən sonra gəlinmiş bu qənaət əslində, həqiqəti əks etdirir.

Agentlik vurğulayıb ki, İslam Respublikasının keçmiş liderinin yalnız digər 3 övladının – Mustafa, Məsud və Meysəm Xameneilərin Qum şəhərindəki cənazə namazında iştirak etməsi doğrudur.

Xatırladaq ki, İslam Respublikasının üçüncü lideri təyin edildikdən sonra ictimaiyyət qarşısına bircə dəfə də çıxmayıb və onun audiomüraciəti belə yoxdur.

İranın təhlükəsizlik şəbəkəsi sui-qəsd ehtimalının yüksək olduğunu nəzərə alaraq hələ də yeni Ali Rəhbərin gizli şəraitdə qalmasına israr edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!