Müdafiə Nazirliyindən Xankəndi və Xocavəndlə bağlı  AÇIQLAMA
23 Okt 2020 21:55
36938

Müdafiə Nazirliyindən Xankəndi və Xocavəndlə bağlı AÇIQLAMA

"Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur".

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

Bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər