“Təhsil Nazirliyi həmin direktor barəsində ölçü götürməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə 14 saylı məktəb direktoru Fatma Bayramovanın səsyazısı paylaşılıb. Sumqayıt şəhər məktəbinə rəhbərlik edən F. Bayramovanı özündən çıxaran müəllimlərin geyim forması olub. Direktor qadın müəllimlərin şalvar geyinməsinə təhqiredici şəkildə etiraz edib. pizza sifarişi
Məzahir Məmmədlinin sözlərinə görə, məktəb direktoru ictimai qınağa tuş gəlməli, bu sayaq əməllərin qarşısını almaq üçün müvafiq ölçü götürülməlidir:
“Müəllim geyimi ilə bağlı Təhsil Nazirliyi hər hansı bir təlimatı təsdiqləməyib. Ayrı-ayrı məktəblər var ki, onların pedaqoji şurası yığışıb, müzakirələr keçirib və müəllimlər ümumi forma geyinmək qərarına gəliblər. Sabunçu rayonunda belə məktəb var. Müəllimlər vahid forma geyinir. Doğrudur, bu, qanuni deyil. Sadəcə pedaqoji şurada belə bir qərar verilib, heç bir narazılıq da yoxdur”.
Ekspert qeyd edib ki, məktəb direktorunun müəllimlə kobud davranması Azərbaycan təhsilinə yaraşmır:
“Müəllimin geyimini məktəb direktoru müəyyənləşdirə bilməz. Əgər bu sosial şəbəkədə yayılırsa, mətbuata çıxırsa, Təhsil Nazirliyi və şəhər təhsil idarəsini narahat etməlidir. Ən qısa zamanda məsələnin müzakirəsinə başlanılmalıdır. Yoxsa oxşar hallar baş alıb gedəcək”.
Nəzrin Vahid
Telegram kanalımız