Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.
Yenisabah.az xəbər verir ki, müsahibələrdə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak ediblər.
Mərhələdə ümumilikdə 1922 nəfər iştirak edib. Növbəti mərhələdə namizədlərin nəticələri emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. pizza sifarişi
Nəzrin Vahid
Telegram kanalımız