Müharibədən sonra 200-dən çox adam minaya düşüb

saytların hazırlanması

Evə çatdırılma

Müharibədən sonra 200-dən çox adam minaya düşüb

Sosial

29 Aprel 2022 11:37 299


Ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir. Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb.

Yenisabah.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Minaların müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən ərazilərimizdə yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: pizza sifarişi

“Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub”.

Həmin ərazilərin mianalardan təmizlənməsinin çox çətin və uzunmüddətli proses olduğunu vurğulayan dövlətimizin başçısı bunun üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayı artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib. Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!