Putindən ŞOK ADDIM - Müharibəyə onları göndərir

saytların hazırlanması

Evə çatdırılma

Putindən ŞOK ADDIM - Müharibəyə onları göndərir

Siyasət

19 İyul 2026 15:31 4349


Rusiyada hərbi xidmət müqaviləsi bağlayan məhkumlara regional pul müavinətlərinin ödənilməsinə start verilib. Əvvəllər bu kateqoriyadan olan şəxslərə belə dəstək tədbirləri şamil edilmirdi.

"Yeni Sabah" xəbər verir ki, buna nümunə olaraq Rostov vilayətini göstərmək olar. Yerli hökumətin qəbul etdiyi müvafiq qərara əsasən, müqavilə bağlayan məhkumlar 400 min rubl məbləğində birdəfəlik ödəniş ala bilərlər. Sənəddə vurğulanır ki, dəstək tədbiri müqavilənin həmin regionun ərazisində imzalanması şərti ilə şəxsin vətəndaşlığından asılı olmayaraq qüvvədədir. Hazırda Rostov vilayəti məhkumlar üçün bu cür ödənişləri rəsmən təsbit edən ilk subyektlərdən biridir.

Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, muzdluluqla məşğul olma və ya xarici dövlətin ərazisində silahlı münaqişələrdə iştirak etmə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən, bu əməllərə görə 5 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur./NOCOMMENT.az  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!