Murad Arif 1990-cı il dünya çempionatı ilə bağlı uşaqlıq xatirələrini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, müğənni xatirələrini bölüşüb:
“1990. İlk baxdığım çempionat. Ən birinci oyundan məni məst edən bir aləm. Argentina-Kamerun! Meydanda 29 yaşlı Maradona... Atamın təriflərinə baxmayaraq, Argentina məğlub olur. Mərhələ-mərhələ, atamın şərhləri ilə baxdığım, sevdiyim yığmalar. Dördpendirli pizza
“Düşünün ki, internet yox, printer yox. Yığma heyətləri, favoritlər, vurulan qollar və "Советский спорт" qəzetindən kəsib götürdüyümüz şəkilləri qeyd edirdik. O vaxtdan favoritimiz İtaliya və Argentina.
Bir ay sonra finalda Almaniya-Argentina... Yenə 1:0. Kuboku itirən Maradonanın və Sumqayıtda balaca Muradın göz yaşları...”
Aytac Əliyeva
Telegram kanalımız