Müxalifətin mitinqi zamanı Putin motosikilet sürüb – Fotolar

Müxalifətin mitinqi zamanı Putin motosikilet sürüb –
Avq 11, 2019
Oxunma sayı: 87

Şənbə günü Moskvada və digər Rusiya şəhərlərində ədalətli seçki və həbsdə saxlanılan fəalların azadlığa buraxılması tələbiylə mitinqlərin keçirildiyi bir vaxt prezident Putin vaxtını bayker dostlarının əhatəsində keçirərək Krımı motosikletdə gəzib.

“Yeni Sabah” xəbər verir ki, həftəsonu Putin Rusiyanın "Gecə canavarları" bayker klubun təşkil etdiyi motosiklet şousunda iştirak etmək üçün Krıma gəlib.

Ural markalı motosikleti idarə edən Rusiya prezidenti tədbir zamanı motosilketçilər karvanının önündə hərəkət edib.

Putini Krımda yerli rəsmilər və "Gecə canavarları" klubunun lideri, "Xirurq" (cərrah) ləqəbiylə tanınan Aleksandr Zaldostanov müşayiət ediblər.

Zaldostanovun motosikletində SSRİ gerbini xatırladan, lakin Yer kürəsi əvəzinə Rusiyanın dövlət rəmzi olan ikibaşlı qartalın təsviri olan qəribə gerbli Rusiya bayrağı dalğalanıb.

Vladimir Putin ilk dəfə deyil ki, "Gecə canavrlarının" təşkil etdiyi tədbirlərdə iştirak edir. Baykerlər də Putini təbliğ edən tədbirlərin daimi iştirakçıları olub.

Krımda olduğu vaxt Rusiya prezidenti uşaq dərnəklərinə də baş çəkib, uşaqlarla görüşüb.

Ukrayna XİN-i Putinin Sevastopola səfəri ilə əlaqədar etirazını bildirib.

Rəsmi Kiyev bəyanatında qeyd edib ki, Putinin Krıma səfəri "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün Rusiya tərəfindən köbud pozulması" kimi qiymətləndirilir.