“Narkomanları həbs etməyib bəs nə etsinlər?“ - Polkovnikdən ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Narkomanları həbs etməyib bəs nə etsinlər?“ - Polkovnikdən ETİRAZ

Sosial

12 May 2022 11:14 233


Narkotik maddələrin istifadəsi və satışına görə, hazırda həbsxanalarda 24 mindən çox məhbus var. Narkotacirlərə qarşı əməliyyatların genişlənməsi bu statistikanın artıracağına şübhə yeri qoymur.

Qeyd edək ki, narkotacirlərin kütləvi həbsi birmənalı qarşılanmır. Bəzi tanınmışlar həbslər yolu ilə narkomaniyaya qarşı mübarizə aparmağın effektli olmayacağını düşünürlər. Milli Məclisin deputatı Rüfət Quliyev də ötən gün analoji mövqeydə çıxış edib.

Maraqlıdır, həbs çıxış yolu deyilsə, bu bəla ilə hansı üsullarla mübarizə aparmaq lazımdır? pizza sifarişi

Kriminoloq-hüquqşünas Şəmsəddin Əliyev Yenisabah.az-a açıqlamasında deyib ki, həbsin tərəfdarı olmayanlar çıxış yolunu göstərməlidir:

“İnsanların həyat və sağlamlığına yönələn cinayətlərlə bağlı həbsin tərəfdarı olmamalarına məəttəl qalıram. Bəs nə etmək lazımdır? Onu da təklif etsinlər. Vətəndaş cəmiyyəti olaraq bəzən cinayətkarlıqla bağlı sanki çağırışlar edirlər. Bu insanlara cəzasız yanaşma mümkün deyil. Cəza bir həbdir”.

Kriminoloqun sözlərinə görə, cəza olmasa, narkomaniya virus kimi daha da yayılacaq:

“Xəstələr müalicə olunmalıdır. Digərlərinə də cəza verilməlidir ki, narkomaniyanın qarşısı alınsın. Narkomanların sayının artmasında valideynlərin, cəmiyyətin, təhsil ocağının da rolu böyükdür. Narkomaniya ilə bağlı fasiləsiz tədbirlər həyata keçirilməlidir. Cəzanın məqsədi insanlar arasında sosial ədaləti bərpa etməkdir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!