Narkotiklərlə bağlı dəyişiklik:   “Bu, cəzanın xofunu, onun fəlsəfəsini məhv edir“

saytların hazırlanması

Evə çatdırılma

Narkotiklərlə bağlı dəyişiklik: “Bu, cəzanın xofunu, onun fəlsəfəsini məhv edir“

Sosial

27 Aprel 2022 12:50 440


Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan cinayət və inzibati xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb. 

Xatırladaq ki, Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri istehlak miqdarından artıq miqdarda əldə etmə və s. görə, 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əsasən isə, 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Hər iki məcəlləyə dəyişiklik birmənalı qarşılanmayıb və çoxlu suallar doğurub. Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan kriminoloq-hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, əslində, yeni müzakirəyə əsla ehtiyac yoxdur:

 “Aprelin 26-da sözügedən dəyişiklik üçüncü oxunuşdan da keçdi, əslinə qalsa, buna ehtiyac yox idi.

Mən bir hüquqşünas kimi deyirəm, qanunların çoxluğu bəzən hər hansı bir məsələnin həllində çaşqınlıq yaradır. Təbii ki, Milli Məclisin vəzifəsi normativ icra aktlarının qəbulundan ibarətdir. Amma bir məsələ ilə bağlı nə qədər normativ akt mövcud olmalıdır?

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dövlət proqramı var. Həmin proqram 2024-cü ilə qədər qüvvədədir. O, dövlət qurumları qarşısına kifayət qədər vəzifələr qoyur”.

Ş. Əliyev dəyişikliklərin qəbul edilməzdən öncə cəmiyyətin müzakirəsinə çıxarılmalı olduğunu bildirib:

“Bu, bütünlükdə cəmiyyətin sağlamlığı əleyhinə yönələn davranışların qarşısını almaq üçündür. Ona görə də, layihənin qəbulundan öncə müvafiq orqanlarla müzakirə olunmalı, hətta ictimaiyyətin müzakirəsinə verilməliydi.

2005-ci ildə qəbul edilmiş qanun var, ona əasasən, şəxsdə istehlak miqdarından artıq narkotik vasitə aşkar olunursa, o, cinayət məsuliyyətinə cəlb edilir.

Bu qanunda bütün narkotik vasitələrin adları da qeyd edilib, elə bir narkotik vasitə yoxdur ki, adı yazılmasın. Bununla mübarizə aparmaq, şəxsi cinayət məsuliyyətinə cəlb etmək istəyən adam o siyahını qarşısına qoyur və buna uyğun addım atır.

Yeni qanuna əsasən isə, əgər tapılan narkotik vasitə şəxsi istehlak üçündürsə,miqdarı keçməyibsə, həmin şəxsə müəyyən güzəştlər olunacaq, o, cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Mən şəxsən bunun əleyhinə idim”.

Kriminoloq qeyd edib ki, son illər Cinayət Məcəlləsində aparılan dəyişikliklərin sayı həddi aşıb və bu müəyyən çətinliklər yaradır:

“Milli Məclisin deputatlarına, oradakı hüquqşünaslara hörmətlə yanaşırıq, onların normativ aktlarının qəbulundan məmnunluğumuzu ifadə edirik, amma bəzi maddələr yaddaşda “ölü maddələr” kimi qalır. Məsələn, illər əvvəl Andlılar Məhkəməsi olacağı deyildi, bəs axırı nə oldu? 10 ilə yaxın həmin fəsil qanunda “ölü maddə” kimi qaldı, sonra da onu “dəfn etdik”, yəni ümumiyyətlə, qanundan çıxardıq.

Qanun uzağı görməyi bacarmalıdır. Bu günə qədər Cinayət Məcəlləsində nə qədər dəyişikliklər edilib. Bu hakim üçün də, istintaqı aparan şəxslər üçün də, vəkillər üçün də çətinlik yaradır. Məcəllədə dəyişikliklər həddini aşıb.

Qanunda “və ya” bağlayıcılarından istifadə edərək sui-istifadələr üçün “dəhliz” açırlar. Cəza konkret olmalıdır. Cəzanın fəlsəfəsi budur. 21-ci əsr konkretliyi tələb edir, bu, cəzanın xofunu, onun fəlsəfəsini məhv edir.

2005-ci ildə qəbul edilən qanun narkotikdən istifadə edən şəxslərdə bir rahatlıq yaratdı, onlar düşündülər ki, “əşşi, müəyyən miqdara qədər istifadə edə bilərəm”. Bunu, ümumiyyətlə, cəmiyyətə buraxmaq lazım deyildi”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!