Nastya deputat olmaq istəyir -  Fotolar
03 Noy 2019 11:27
598

Nastya deputat olmaq istəyir - Fotolar

Seks-treninq Anastasiya Vaşukeviç (Nastya Rıbka) Belarus parlamentinə seçkilərdə namizəd olmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, Rıbkanın özü bu barədə müsahibəsində deyib.

Nastya Rıbkanın sözlərinə görə, Tayland həbsxanasında olarkən, həyatı yenidən düşünüb və indi siyasətə baş vurmaq qərarına gəlib. “Bu il siyasətə vaxt ayıra bilmədim. Bələdiyyəyə seçilmək imkanım olmadı... Düşünürəm ki, insanlara ötürə biləcəyim bir şey var... Artıq məni pulla yoldan çıxarmaq mümkün deyil, rüşvət vermək və qorxutmaq da. Bəlkə də belaruslular belə bir insana ehtiyac duyarlar”.

O, eyni zamanda, Rusiya ibtidai istintaq təcridxanasından azad olunmasına kömək etdiyinə görə Belarus prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edib. İndi gənc qız şəxsən onunla görüşmək və prezidentə təşəkkür etməyi planlaşdırır.

Nastya Rıbka Belarus rəhbərinin işini yüksək qiymətləndirib və əlavə edib ki, kiçik bir büdcə ilə "o, bacardığı qədər bu ölkəni çiçəkləndirməyə çalışır".

Xatırladaq ki, Taylandda Anastasiya Vaşukeviç və daha yeddi rus və belarus sutenyorluq ittihamı ilə həbs olunmuşdu. Bu, iş adamı Oleq Deripaskanın Vaşukeviçi şəxsi həyatı haqqında intim məlumat yaydığına görə ittiham etməsi və 1 milyon rubl təzminat almasından sonra baş verib.

2019-cu ilin əvvəlində Rıbka və onunla əlaqəli digər şəxslər Taylanddan deportasiya edilib, lakin eyni gündə Moskva hava limanında tutulublar. Qeyri-qanuni seks treninqi iddiasında iştirak edənlərin hamısı əvvəlcədən istintaq təcridxanasında saxladıqları şərti cəza və 9 ay həqiqi həbs cəzasına məhkum ediliblər.

Oxşar xəbərlər