NATO baş katibi Mərkəzi Bankın rəhbəri təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

NATO baş katibi Mərkəzi Bankın rəhbəri təyin edildi

Dünya

04 Fevral 2022 16:50 861


NATO-nun baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsini icra edəcək.

Yenisabah.az “Eer-ko” telekanalına istindla xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

"Yens Stoltenberq bu gün Dövlət Şurasının iclasında altı il müddətinəNorveç Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib. Stoltenberq vəzifəsinin icrasına başlayana qədər, martın 1-dən vitse-prezident İda Volden Bahe Mərkəzi Bankın müvəqqəti rəhbəri olacaq”, - Nazirlər Kabinetinin bəyanatında deyilir. Pepperoni pizza

Norveç parlamentindəki əksər partiyalar Stoltenberqin Mərkəzi Bankın rəhbəri postuna namizədliyini dəstəkləməyib. Xüsusən də bir sıra siyasətçilər onun əvvəllər lideri olduğu hakim Fəhlə Partiyası ilə əlaqələrini nəzərə alaraq, bu rolda nə dərəcədə müstəqil olacağından narahat olduqlarını bildiriblər.

Daha əvvəl iki dəfə (2000-2001 və 2005-2013) Norveçin baş naziri vəzifəsini icra edən Stoltenberq 2014-cü il oktyabrın 1-dən Şimali Atlantika Alyansına rəhbərlik edir. Onun bu vəzifədə mandatı iki dəfə uzadılıb, indi o, 2022-ci il sentyabrın 30-dək bu vəzifəni icra edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!