Birinci Daimi Dəniz Qrupunun gəmiləri Baltik dənizinə daxil olub. Onlar müttəfiq və tərəfdaş ölkələrlə birgə hərbi təlimlərdə iştirak edəcəklər.
Yenisabah.az xəbər verir ki, bu barədə ERR teleradio portalı məlumat yayıb.
“NATO-nun SNMG1 çevik reaksiya qrupunun gəmilərinin bir hissəsi Baltik dənizinə daxil olub. Digər gəmilər cümə günü Tallin limanındakı köhnə kruiz terminalına çatacaq. “Prioritet, Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu göstərmək və Estoniya Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təlimlər keçirməkdir”, - portalın bəyanatında deyilir. pizza sifarişi
Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saskanın sözlərinə görə, gələn həftə Estoniya dəniz piyadaları ilə birgə təlimlərə başlamağı planlaşdırılır. Artıq limanda dayanan üç freqat Norveçin beynəlxalq şimal sularından keçib. Onlar “Soyuq cavab” adlı hərbi təlimdə iştirak ediblər. Terminaldakı NATO gəmilərinin gələn həftə başqa bir qrup dəniz qüvvələri ilə əvəzlənəcəyi gözlənilir.
Cavad Salmanli
Telegram kanalımız