Naxçıvanda ailə faciəsi -   5 nəfər xəstəxanaya yerləşdirildi, bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ailə faciəsi - 5 nəfər xəstəxanaya yerləşdirildi, bir nəfər öldü

Sağlamlıq

14 Fevral 2026 12:07 604


Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. pizza sifarişi

Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.

Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!