Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.
71-BA-213 dövlət nömrə nişanlı, VAZ-2107 markalı avtomobilin önünə piyada çıxdığından idarəetməni itirib. pizza
Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız