Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib

Sağlamlıq

04 Noyabr 2026 23:43 30


Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyent üzərində torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, müayinələrin nəticələri və pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftə stasionar şəraitdə müşahidə və müalicə olunan pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb. pizza hut

Qeyd edək ki, bu əməliyyatın xəstəxanada ilk dəfə icra olunması Naxçıvanda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Minimal invaziv cərrahiyyə üsulu cərrahi müdaxilənin travmasını azaltmağa, pasiyentin daha sürətli sağalmasına və müalicə prosesinin effektivliyinin artırılmasına imkan verir.

Naxçıvanda müasir tibbi texnologiyaların tətbiqi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mürəkkəb cərrahi əməliyyatların yerli tibb müəssisələrində həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!