Naxçıvanda nə qədər insan koronavirusa yoluxub? - TƏBİB sədri açıqladı
22 May 2020 18:28
205

Naxçıvanda nə qədər insan koronavirusa yoluxub? - TƏBİB sədri açıqladı

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxanların sayını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Ramin Bayramlı gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvana aid göstəricilərin də yer aldığını bildirib.

Onun sözlərinə görə, bu günə qədər Muxtar Respublikada 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir. 

TƏBİB sədri bu günə qədər qeydə alınan xəstələr arasında hamilə qadınlar olduğunu qeyd edib:

“Onların arasında bir sıra riskli hamiləliyi olan qadınlar da var idi. Onlardan da ağırlaşma olan xəstə olmayıb”.

Oxşar xəbərlər